"Napoli"nin futbolçusu Xviça Kvaratsxeliya yaxın vaxtlarda komanda ilə yeni müqavilə imzalamağa hazırlaşır. Sport24.az xəbər verir ki, bu barədə "Football Italia" məlumat yayıb.

 

Gürcüstanlı yarımmüdafiəçinin İtaliya klubu ilə yeni müqaviləsi 2029-cu ilin yayına kimi qüvvədə olacaq. Hazırkı müqavilə 2027-ci ilin iyununda başa çatır.

 

Qeyd edək ki, bu mövsüm Xviça komandanın heyətində bütün yarışlarda 37 oyuna çıxıb, 10 qol vurub və 5 qolun ötürməsini verib.