Ukrayna Premyer Liqasında 27-ci turun oyunları keçirilib.

Sport24.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv Kiyev “Dinamo”sunu qəbul edib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.

Mustafayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

“Aleksandriya” hazırda 42 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.