"Bavariya"nın futbolçusu Camal Musiala klubla yeni müqavilə danışıqları aparır. Sport24.az xəbər verir ki, yarımmüdafiəçi bu haqda insayder Fabrizio Romanonun sorğusuna cavab olaraq deyib:
"Danışıqlar normal gedir. Sosial şəbəkələrdə çoxlu yalan məlumatlar yayılır. Bunlar hamısı gülməlidir. "Bavariya"da oynamaqdan həzz alıram. Bütün diqqətin futbolumdadır. Danışıqlar yaxşı gedir".
Musialanın müqaviləsi 2026-cı ilin yayına kimidir. O, bu mövsüm 24 oyunda 14 qol vurub.