"Fənərbaxça" heyətinə daha bir legionerlə ortaq məxrəcə gəlib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İstanbul təmsilçisi PSJ-nin futbolçusu Milan Şkrinyarın keçidi həll edib. Slovakiya millisinin üzvü artıq İstanbuldadı.
Qeyd edək ki, daha əvvəl "Qalatasaray" da Şkrinyarla maraqlanırdı. O, bu mövsüm PSJ-də 5 oyunda meydana çıxıb.