"Qalatasaray"ın futbolçusu Vilfred Zaha karyerasını ABŞ-də davam etdirəcək. Sport24.az xəbər verir ki, İstanbul klubu 32 yaşlı vingeri "Şarlott"a icarəyə verib.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Zaha 2025-ci ilin sonuna kimi MLS təmsilçisinin formasını geyinəcək. "Şarlott" istəsə, icarə müddətini uzada bilər.

 

Qeyd edək ki, Vilfred Zaha mövsümün ilk yarısında icarə əsasında Fransa "Lion"unda çıxış edib.