"Flamenqo" Juninyoyo ödəyəcəyi pulu ruslardan çıxarmaq istəyir. Sport24.az rus insayder İvan Karpova istinadən xəbər verir ki, Moskva ÇSKA-sı Braziliya klubunun yarımmüdafiəçisinə "elçi" düşüb.

 

Rusiya klubu 18 yaşlı Lorrana görə, Braziliya təmsilçisinə 8 milyon avro ödəmək istəsə də, qarşı tərəf bununla razılaşmır. "Flamenqo" rəhbərliyi hücumameyilli yarımmüdafiəçiyə görə 10 milyon tələb edir. Tərəflər arasında danışıqlar davam edir.

 

Qeyd edək ki, Braziliya U-17-nin üzvü "Flamenqo"nun heyətində 34 oyuna çıxıb. Onun aktivində 2 qol və 3 məhsuldar ötürmə var.