"Neftçi" növbəti transferini rəsmiləşdirib. Sport24.az xəbər verir ki, milli komandamızın futbolçusu Elvin Camalov artıq "Neftçi" ailəsinin üzvüdür.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

4 nömrəli formanı geyinəcək 29 yaşlı dayaq yarımmüdafiəçisi ilə 1,5 + 1 il şərti ilə müqavilə bağlanıb.

 

"Qəbələ"nin yetirməsi olan Camalov "Zirə" və "Sabah" klublarında da çıxış edib. Sonuncu klubu "Sabah"ın kapitanı olmuş təcrübəli futbolçu 2018/19 mövsümündə "Qəbələ" ilə Azərbaycan Kubokunu başı üzərinə qaldırıb. O, milli komandamızın heyətində 20 oyun keçirib.