"Rubin”in yeni baş məşqçisinin adına aydınlıq gəlib. Sport24.az xəbər verir ki, Kazan klubu bu posta Rəşid Rəhimovun təyin olunduğunu rəsmən açıqlayıb 

58 yaşlı mütəxəssis mövsümün sonuna qədər müqavilə imzalanıb. 

Rəhimov “Admira Vakker”, “Amkar”, “Lokomotiv”(Moskva), “Axmat” və “Ufa” klublarına rəhbərlik edib.

Xatırladaq ki, Rusiya mətbuatı “Sabah”ın baş məşqçisi Murad Musayevin “Rubin”ə baş məşqçi təyin oluna biləcəyini iddia edirdi.