"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo Kriştiano Ronaldoya onu yanvarda transfer etmək istədiklərini çatdırıb. Sport2.az xəbər verir ki, Mourinyo Madrid "Real"ındakı dönəmdə ulduz futbolçuyla yaşanan gərginliyə baxmayaraq bu addımı atıb.

 

Ronaldo müqaviləsinin ortasında Səudiyyə Ərəbistanını tərk edərsə, 100 milyon avrodan çoxunu qurban verəcək.

 

"Fənərbağça"nın iddialı təklifi Ronaldonun ən yüksək səviyyədə yarışmaq istəyinə əsaslanır.