Joze Mourinyo "Fənərbaxça"nı çətin vəziyyətə salıb. Sport24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mourinyo 15 ay İstanbuldakı "Four Seasons" otelində yaşayıb. Mourinyo işdən çıxarıldıqdan sonra "Fənərbaxça"nın otelə 747 min avro borcu qalıb.
Klub hazırda qarşı tərəflə bu məbləğin necə ödəniləcəyi barədə danışıqlar aparır. Mourinyo özü müqaviləsinin vaxtından əvvəl ləğvi üçün "Fənərbaxça"dan 15 milyon avro təzminat alacaq.
Qeyd edək ki, Mourinyo hazırda "Benfika"nı çalışdırır.