Futbol üzrə Moldova milli komandasının yeni baş məşqçisi məlum olub. Sport24.az xəbər verir ki, yığmanın “sükan”ı Sergey Kleşenkoya tapşırılıb.

Bu barədə Moldova Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Kleşenko ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Kleşenko bu postda "Neftçi"nin italiyalı sabiq baş məşqçisi Roberto Bordini əvəzləyib. O, son illərdə millidə köməkçi məşqçi işləyirdi. 

Bordin bu ilin fevralında Moldova millisinin baş məşqçisi təyin olunmuşdu. O, 2018-ci ilin iyunundan 2020-ci ilin yanvarınadək “Neftçi”nin baş məşqçisi olub.