DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisi ilə üz-üzə gələcək Fransa yığmasının heyətində dəyişiklik edilib. Sport24.az xəbər verir ki, bu barədə yerli federasiya məlumat yayıb.

 

PSJ-nin futbolçusu Bredli Barkola zədəli olduğu üçün komandadan kənarda qalıb. Onu "Lill"də çıxış edən Florian Toven əvəzləyib.

 

Qeyd edək ki, Fransa millisi oktyabrın 10-da Parisdə Azərbaycan, 13-də isə Reykyavikdə İslandiya ilə üz-üzə gələcək.