Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi "Eyndhoven" Niderland çempionatında növbəti oyununa çıxıb. Sport24.az xəbər verir ki, adıçəkilən komanda evdə "Emmen"lə qarşılaşıb.

Məhsuldar alınan oyunda "Eyndhoven" qələbə qazanıb - 3:2.

Ozan 90 dəqiqə çıxış etdiyi görüşdə dubla imza atıb. Belə ki, cinah yarımmüdafiəçisi 20 və 90+3-cü dəqiqədə fərqlənib. 

"Eyndhoven" çempionatda 18 turdan sonra 26 xalla 10-cu pillədədi.