Qətər yığması fransız Kristof Qaltyeyə tapşırıla bilər. Sport24.az xəbər verir ki, Qətər Futbol Federasiyası "Əl-Duhail"in çalışdırıcısı ilə danışıqlara başlayıb.

 

Federasiya Luis Qarsiyanın rəhbərlik etdiyi komandanın nəticələrindən razı qalmadığı üçün 58 yaşlı məşqçiyə təklif göndərib.

 

Qətər 2026-cı il dünya çempionatına vəsiqə qazanmaya bilər. Çünki milli öz qrupunda 4-cü pillədədir.

 

Xatırladaq ki, Qaltye 2023-cü ilin oktyabrında "Əl-Duhail"ə baş məşqçi təyin edilib. O, PSJ ilə Liqa 1 çempionluğunu qazanıb.