Bu gün UEFA Millətlər Liqasında pley-off mərhələsinin oyunlarına start verilir. Sport24.az xəbər verir ki, bu mərhələ UEFA Millətlər Liqasının növbəti mövsümü üçün A, B, C və D liqalarının tərkibini müəyyən edəcək.

 

A Liqasında üçüncü yeri tutan dörd komanda B Liqasında ikinci yeri tutan dörd komanda ilə qarşılaşacaq. 
Cütün qalibləri növbəti mövsüm A Liqasında, məğlub olanlar B Liqasında yarışacaq.

 

Eyni qayda digər liqalar - B, C və D - üçün də keçərlidir.

 

Qeyd edək ki, məğlub komandalardan biri növbəti mövsüm D liqasında Azərbaycan millisinin potensial rəqibi olacaq.

 

20 mart
Millətlər Liqasın pley-off mərhələsi, ilk oyunlar

A/B liqaları

21:00. Türkiyə - Macarıstan 

23:45. Ukrayna - Belçika 

23:45. Avstriya - Serbiya 

23:45. Yunanıstan - Şotlandiya 

 

B/C liqaları

21:00. Ermənistan - Gürcüstan 

23:45. Kosovo - İslandiya 

23:45. Bolqarıstan - İrlandiya 

23:45. Slovakiya - Sloveniya 

A/B liqaları və B/C liqalarında pley-off mərhələsinin cavab oyunları martın 23-də keçiriləcək.

 

26 mart, ilk oyunlar

C/D Liqaları 

21:00. Cəbəllütariq - Latviya 

21:00. Malta - Lüksemburq 

C/D Liqalarında pley-off mərhələsinin cavab oyunları martın 31-də keçiriləcək.