Almaniyanın "Leypsiq" klubu "Milan"ın futbolçusu Noa Okaforu heyətinə qatmaq istəyir. Sport24.az xəbər verir ki, Bundesliqa təmsilçisi 24 yaşlı cinah oyunçusu üçün "qırmızı qaralar"a 12 milyon avroluq satınalma məbləği ilə icarəyə götürməyi təklif edib.

 

Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

 

"Milan" təklifi qənaətbəxş hesab etməyib və "yox" cavabı verib. "Leypsiq"in növbəti təklifi göndərəcəyi gözlənilir.

 

Okafor bu mövsüm 16 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.