"Milan" "Marsel"in yarımmüdafiəçisi Adrien Rabionun mümkün transferi ilə bağlı futbolçunun yaxın ətrafı ilə danışıqlar aparır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano X sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

 

Liqa 1-in ilk turunda "Marsel"in "Renn"ə 0:1 hesablı məğlubiyyətindən sonra paltardəyişmə otağında Rabio və Conatan Rou arasında dava-dalaş yaşanmışdı. Bu üzdən klub rəhbərliyi hər iki futbolçunu transferə çıxarıb.  

 

Qeyd edək ki, Rabio ötən mövsüm "Marsel"in heyətində meydana çıxdığı 31 oyunda 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.