"Nyukasl" hücumçu Yorgen Strand Larsen üçün "Vulverhempton"a ikinci təklifi edib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano X sosial şəbəkəsində məlumat paylaşıb.

 

Mənbənin sözlərinə görə, "sağsağanlar" 25 yaşlı norveçli üçün 55 milyon funt-sterlinq (64 milyon avro) təklif etsə də, rədd cavabı alıb.

 

Qeyd edək ki, Larsenin klubla hazırkı müqaviləsi 2029-cu ilin yayında başa çatır.  Larsen cari mövsümdə meydana çıxdığı 3 oyunda 2 dəfə fərqlənib.