"Latsio" PSV-nin futbolçusu İsmael Saibari Ben El Basranı heyətinə qatmağı planlaşdırır. Sport24.az xəbər verir ki, A seriyasının təmsilçisi mərakeşli yarımmüdafiəçi üçün klubuna rəsmi təklif göndərib.

 

24 yaşlı futbolçu özü İtaliya klubuna keçməyə müsbət yanaşır. Sadəcə "Latsio" PSV-nin tələb etdiyi 30 milyon avroluq təzminatı ödəməlidir.

 

Mərakeş millisinin üzvünün PSV ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.