"Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsində olacağını gözləyirik". Bu sözləri Sport24.az-a Ağasəlim Mircavadov deyib. 

 

Təcrübəli müxəssis Azərbaycan təmsilçisinin bu gün Macarıstanın "Ferentvaroş" komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu ilə bağlı fikirlərini bölüşüb: 

 

"Qarabağ" Avropada çox ağıllı futbol sərgiləyir. Hücumçu almadıqları üçün çox tənqirlər oldu. Amma hazırda yerli futbolçular da yaxşı oynayırlar. Öz oyunları ilə Çempionlar Liqasının əsas mərhələsində oynamağa layiqdirlər. Biz əcnəbi hücumçulara öyrəşmişik. Amma mən elə düşünmürəm. Yerli forvard da ola bilər. Nəriman Axundzadə, Musa Qurbanlını misal çəkə bilərəm. Ağıllı baş məşqçi öz klubu ilə yanaşı Azərbaycan millisini də düşünər. Bunu unutmamalıyıq. "Qarabağ" çox sayda legioner hücumçu gəlib. Ən yaxşısı Juninyo olub. Yaxşı təklif aldı və ayrıldı. "Qarabağ" komanda səviyyəsində oynayır. Komanda bu il əcnəbi hücumçu olmadan haralaradək gəlib. Unutmamalıyıq ki, "Qarabağ" indiyədək bütün görüşlərdə qalib gəlib"

 

Mircavadov "Barselona" klubunu nümunə göstərib:

 

"Komandanın yaxşı vaxtında heyətdə hücuçəmçu çox iş görmürdü. Bəzən 6 yarımmüdafiəçi ilə meydana çıxırdılar. Avropada oynamaq üçün sənə iki heyət lazımdır. Alternativ oyunçular lazımdır. "Qarabağ" da bunu edir. Bu gün komandamız sakit və ağıllı oynamalıdır. Öz oyunlarını sərgiləməlidirlər. "Qarabağ" müdafiədə oturmamalıdır. Bunu bacara bilmir. Komandanın oyun stili tam başqadır. Çempionlar Liqasında əsas mərhələyə düşəcəyimizə inanıram. Komandaya dəstək olmalıyıq. Çox baxımlı futbol oynayırlar. Amma nəzərə alaq ki, yerli futbolçuları da qorumaq lazımdır".

 

Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş" matçı bu gün, saat 20:45-də start götürəcək. Komandalar arasında Macarıstanda baş tutan ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.