"Latsio"nun müdafiəçisi Mario Hila karyerasını "Milan"da davam etdirəcək. Sport24.az "Sky Sport Italia"-ya istinadən xəbər verir ki, futbolçu artıq "qırmızı-qaralar"la şəxsi müqavilə imzalayıb. Sözləşməyə əsasən müdafiəçi ildə 5 milyon avro qazanacaq.
Roma klubu "Milan"ın 25 milyon avro sabit və 5 milyon avro bonus təklifini qəbul edib.
Qeyd edək ki, 26 yaşlı ispaniyalı futbolçunun "Latsio" ilə müqaviləsi 2027-ci ilin iyulunda bitir. Məhz bu səbəbdən "canavarlar" onu pulsuz itirməmək üçün indi satmaq məcburiyyətində qalıblar. "Napoli" və "İnter" də Marionun transferində maraqlı olasalar da, futbolçu "Milan"ı seçib.