"Milan" yay transfer pəncərəsində müdafiə xəttini gücləndirmək üçün hərəkətə keçib. "Rossoneri"nin hədəfində bu dəfə "Latsio"nun ispaniyalı müdafiəçisi Mario Gila var.

 

Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta Dello Sport" məlumat yayıb. Baş məşqçi Massimiliano Alleqri həm üçlü, həm də dördlü müdafiə sisteminə sürətlə uyğunlaşa bildiyi üçün Gilanın transferində israrlıdır. Klubun idman direktoru İqli Tare tərəfindən də dəstəklənən bu keçid üçün "Milan" artıq planlarını cızıb.

 

"Rossoneri" bu transfer üçün bonuslarla birlikdə maksimum 20-25 milyon avro xərcləməyə hazırdır.

 

Qeyd edək ki, Mario Gilanın "Latsio" ilə müqaviləsi 2027-ci ildə başa çatır.