"Milan"ın baş məşqçi postuna namizədlər bəlli olub. Sport24.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bunlar hazırda Belçika millisinə rəhbərlik edən Domeniko Tedesko, Səudiyyə Ərəbistanı təmsilçilərindən "Əl-İttihad"dan Marselo Qalyardo və "Əl-Duhail"in çalışdırıcısı Kristofer Qaltyedir.

 

Milan təmsilçisi mövsümün sonunda hazırkı baş məşqçi Stefano Pioli ilə vidalaşacaq. Daha əvvəl Antonio Kontenin də namizədlər sırasında olduğu bildirilib.

 

Qeyd edək ki, Pioli 2019-cu ildən İtaliya klubunda işləyir.