Argentina millisinin kapitanı Lionel Messi daha bir statistikada Dieqo Maradonaya çatıb. Sport24.az xəbər verir ki, 35 yaşlı hücumçu buna dünya çempionatında Meksika ilə oyunda (2:0) fərqlənməklə nail olub.

O, bununla DÇ-lərdə vurduğu qol sayını 8-ə çatdırıb. Messi qol sayını həmvətənləri Dieqo Maradona və Gilyermo Stabile ilə bərabərləşdirib.

PSJ-li forvard mundiallarda qol sayına görə argentinalılardan təkcə Qabriel Batistutadan (10) geri qalır. Bu yerdə bildirək ki, Lionel millisinin son 6 matçında 12 dəfə fərqlənib.

Qeyd edək ki, Argentina qrup mərhələsində sonuncu matçını Polşa yığmasına qarşı keçirəcək. Messiin komandası qrup qalibi olmaq üçün mütləq qələbə qazamalıdı.