"İnter Mayami"nin hücumçusu Lionel Messiyə "Barselona"nın "XXI əsrin ən yaxşı oyunçusu" mükafatı təqdim olunub. Sport24.az xəbər verir ki, mükafatı "Sport.es" idman nəşri təsis edib.

 

Nəşrin direktoru Joan Vegils kuboku 38 yaşlı argentinalıya təqdim etmək üçün Mayamiyə səfər edib. Messi sıx qrafikə görə Madriddəki mərasimdə iştirak edə bilməyib. Mükafatlandırma mərasimindən sonra "Barselona" azarkeşlərinin Messiyə klubda və şəhərdə keçirdiyi illər üçün təşəkkür etdikləri video nümayiş etdirilib.

 

Argentinalı ulduz isə "Barselona" azarkeşlərinə təçəkkür edərək, bir gün yenidən bu şəhərə qayıdacağını bildirib:

 

"Həqiqət budur ki, birlikdə həm yaxşı, həm də pis günlərimiz olub. Karyeran ərzində hər şeyin rahat olmaması və çətin anlara dözmək məcburiyyətində qalmağın normaldır. Amma bura mənim evim, mənim yerim, mənim insanlarımdır. Əlbəttə ki, geri qayıdacağam. İstənilən digər azarkeş kimi stadiona gedib komandanı, klubu dəstəkləyəcəyəm".