"Əl-Hilal" və Mərakeş millisinin qapıçısı Yassin Bunu Afrikada 2025-ci ilin ən yaxşı qapıçısı seçilib. Sport24.az xəbər verir ki, karyerasında ikinci dəfə bu mükafatı qazanır. İilk dəfə 2023-cü ildə bu ada layiq görülüb.
Bu mövsüm Bunu bütün yarışlarda 19 oyun keçirib və 19 qol buraxıb. 8 matçda isə qapısını toxunulmaz saxlayıb.
Qeyd edək ki, PSJ-nin mərakeşli müdafiəçisi Əşrəf Hakimi ilin ən yaxşı afrikalı oyunçusu, "Uotford"un mərakeşli cinah oyunçusu Osman Maamma isə ilin ən yaxşı gənc oyunçusu seçilib.