Afrikada "ilin ən yaxşı futbolçusu" nominasiyasının qalibi məyyənləşib. Sport24.az xəbər verir ki, bu barədə Afrika Futbol Konfederasiyasının mətbuat xidməti məlumat yayıb.

 

PSJ-nin futbolçusu Əşrəf Hakimi 2025-ci il üçün "qara qitə"nin ən yaxşısı seçilib.

 

Mərakeşli futbolçu ötən mövsüm PSJ ilə Çempionlar Liqasını, Fransa Liqasını, Fransa Kubokunu və Fransa Superkubokunu qazanıb. Bundan başqa Paris klubu ABŞ-da keçirilən klublararası dünya çempionatınən finalına çıxıblar. Müdafiəçi Fransa klubun heyətində ümumilikdə 55 oyun keçirib, 11 qol vurub və 14 məhsuldar ötürmə edib.