Futbol üzrə Argentina milli komandasının DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin oyunları üçün heyəti açıqlanıb. Sport24.az xəbər verir ki, Fransanın PSJ klubunda çıxış edən hücumçu Lionel Messi milliyə çağırılmayıb.

Argentina yığmasının baş məşqçisi Lionel Skaloni koronavirusdan yeni sağalan hücumçunu istirahət etməsi üçün milliyə çağırmayıb.

Argentina yığması DÇ-2022-nin seçmə mərhələsində yanvarın 28-də Çili, fevralın 2-də isə Kolumbiya ilə qarşılaşacaq.