Futbol üzrə Meksika millisinin baş məşqçisi Xerardo Martino istefa verib.

Sport24.az xəbər verir ki, 60 yaşlı mütəxəssis Qətərdə keçirilən dünya çempionatında qrup mərhələsinin 3-cü turunda Səudiyyə Ərəbistanına 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra bu addımı atıb.

Argentinalı baş məşqçi qrupda qalmaq uğursuzluğuna görə məsuliyyəti öz üzərinə götürdüyünü bildirib: “Bu, dəhşətli məyusluqdur”.

Qeyd edək ki, Meksika yığması C qrupunu Polşa ilə birlikdə 4 xalla başa vursa da, top fərqinə görə 1/8 finala yüksələ bilməyib. Xerardo Martino 2019-cu ildən Meksika millisində işləyirdi.