"Qarabağ"dan ayrılan Kevin Medinanın yeni klubu açıqlanıb. Sport24.az xəbər verir ki, müdafiəçi Malayziya təmsilçisi "Johor"a keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı müdafiəçi ilə anlaşmanın detalları açıqlanmayıb.
Medina 2020-2026-cı illərdə "Qarabağ"da çıxış edib. O, ötən ay "atlılar"la vidalaşıb.