İspaniya çempionatının 32-ci turunun "Atletik"lə oyununda (1:0) Kilian Mbappeyə qarşı xoşgəlməz olay yaşanıb. Sport24.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb

 

Forvard diskvalifikasiya səbəbindən meydana çıxmasa da, oyunu tribunadan izləyib. 20-ci dəqiqədə stadionun böyük ekranında hücumçu görününcə "Real" azarkeşləri futbolçunu fitə basıblar.

 

Qeyd edək ki, fransalı futbolçu cari mövsümdə "Kral klubu"nun heyətində 49 oyuna çıxıb, 32 məhsuldar ötürmə və 4 məhsuldar ötürmə edib.