Fransanın PSJ klubunun kapitanı Markinyos Fransa vətəndaşlığı almaq istədiyini açıqlayıb. Sport24.az xəbər verir ki, braziliyalı müdafiəçi bu barədə danışarkən həyatının artıq böyük hissəsinin Fransada keçdiyini bildirib.

 

"Həyat yoldaşım artıq müraciət edib və mən də bunun üzərində işləyirəm. Mənim üçün nəhayət fransız olmaq böyük sevinc olardı. Mən Braziliyada 18 il, Fransada isə 13 il yaşamışam. Bu, artıq xeyli dərəcədə parisli olmağımın normal olduğunu göstərir. Uşaqlarım burada dünyaya gəlib, həyat yoldaşım uzun müddətdir buradadır. Niyə Parisdə yaşamağa davam etməyim?", - deyə Markinyos söyləyib.

 

Markinyos 2013-cü ildən PSJ-də çıxış edir və uzun illərdir komandanın liderlərindən biri hesab olunur. Klubla bir neçə daxili titul və beynəlxalq turnirlərdə uğurlar qazanan futbolçu karyerasını da məhz Parisdə davam etdirmək niyyətindədir.