Mario Balotelli karyerasını Amerikada davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Talksport" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, "Cenoa" ilə müqaviləsi başa çatdıqdan sonra azad agent statusu daşıyan 34 yaşlı italiyalı ilə MLS və Meksika klubları maraqlanır.

 

Qeyd edək ki, Balotelli ötən mövsüm A seriyasında 6 oyun keçirib.