Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2021-ci ilin ən yaxşı yığma baş məşqçisini açıqlayıb. Sport24.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu ada İtaliya millisinə rəhbərlik edən Roberto Mançini layiq görülüb.

57 yaşlı mütəxəssis 225 xalla bütün rəqiblərini qabaqlayıb. Argentina seçməsindən Lionel Skaloni ikinci, Fransa yığmasının baş məşqçisi Didye Deşam üçüncü yeri tutub.

Xatırladaq ki, İtaliya yığması bu il keçirilmiş Avropa çempionatının qalibi olub.

1. Roberto Mançini (İtaliya) - 225
2. Lionel Skaloni (Argentina) - 30
3. Didye Deşam (Fransa) - 25
4. Camel Belmadi (Əlcəzair) - 15
5. Tite (Braziliya) - 15