"Mançester Yunayted"in müdafiəçisi Dioqo Dalot Avropa Liqasının finalında "Tottenhem"ə 0:1 hesablı məğlubiyyətdən sonra açıqlama verib. Sport24.az jurnalist Fabrizio Romanoya istinadən xəbər verir ki, futbolçu klubun strategiyasını dəyişməli olduğunu deyib:

 

"Bu klub ölməməlidir və heç vaxt ölməyəcək. Məğlubiyyət acıdır, ancaq dəyişiklik üçün ilk addımdır. Gündəlik davranışımız da daxil olmaqla bir çox şeyi dəyişdirməliyik

 

Qeyd edək ki, "Mançester Yunayted" ardıcıl ikinci avrokubok finalında məğlub olub. 2021-ci ildə "mankunianlılar" Avropa Liqasının finalında "Vilyarreal"a (1:1, pen. - 10:11) uduzublar.