"Mançester Yunayted" Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Lion"la 2:2 hesablı heç-heçə etməklə turnirdəki məğlubiyyətsizlik seriyasını 11 oyuna çatdırıb. Sport24.az xəbər verir ki, bu görüşlərdə "qırmızı şeytanlar" altı dəfə qalib gəlib, beş dəfə bərabərə qalıb.

 

Qeyd edək ki, Ruben Amorimin komandası ilə "Lion" arasında cavab oyunu aprelin 17-də Mançesterdə keçiriləcək.