"Qalatasaray"da icarə əsasında çıxış edən "Napoli"nin hücumçusu Viktor Osimhen karyerasını İngiltərədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb.
Mənbənin məlumatına görə, 26 yaşlı nigeriyalı ilə "Mançester Yunayted" maraqlanır. İngiltərə klubu forvardı yay "transfer pəncərəsi" üçün əsas hədəfinə çevirib.
Qeyd edək ki, Osimhen bu mövsüm 35 oyun keçirib, 30 qol vurub və 7 məhsuldar ötürmə edib. Transfermarkt portalı futbolçunun dəyərini 70 milyon avro qiymətləndirir.