Ruben Amorimin istefaya göndərilməsindən sonra "Mançester Yunayted"in baş məşqçisi postuna iki əsas namizədin adı açıqlanıb. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic"in əməkdaşı, dünyanın ən tanınmış insayderlərindən biri olan David Orstein sosial şəbəkə hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, "qırmızı şeytanlar" təyinatı yaya qədər təxirə salmaq qərarına gələrsə, Tomas Tuxel və ya Roberto De Zerbi komandanın "sükanı arxasına" keçəcək. 

 

Tuxel hazırda İngiltərə millisinin məşqçisidir və yayda keçiriləcək dünya çempionatında komandaya rəhbərlik edəcək. Roberto De Zerbi isə Fransa təmsilçisi "Marsel"i çalışdırır.

 

Qeyd edək ki, "Mançester Yunayted" dünən Amorimlə yolları ayırıb.