"Mançester Yunayted" Kazemiroya yeni müqavilə təklif edib. Sport24.az xəbər verir ki, "qırmızı şeytanlar" 33 yaşlı futbolçunun xidmətinə daha bir il ehtiyac duyub.

 

Braziliyalının "Mançester Yunayted"lə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. Lakin Kazemironun özü komandanı tərk etmək istəyir.

 

Tərəflər arasında razılıq olarsa, yeni müqavilə imzalanacaq. Əks halda, təcrübəli futbolçu Mançesteri tərk edəcək.

 

Kazemiro "Sao Paolo", "Real"(Madrid), "Porto" klublarında oynadıqdan sonra 2022-ci ildə "Mançester Yunayted"ə keçib.