Misli Premyer Liqasının 21-ci turuna Masazırda yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Sabah" "Bank Respublika Arena"da "Kəpəz"i qonaq edir.
Turnir cədvəlinin fərqli qütblərində qərarlaşan komandaların oyununda heç şübhəsiz ki, favorit meydan sahibləridir. "Bayquşlar" hazırda çempionatın lideridir və "qızıl" uğrunda mübarizə aparır. Gəncə təmsilçisi isə autsayderlər arasında yer alıb və elitada yerini qorumağa çalışır. Bu səbəbdən hər iki komanda meydana 3 xal üçün çıxacaq. Heç şübhəsiz ki, "bayquşlar"dan fərqli, Mazasırda qazanılacaq 1 xal belə "sarı-göylər"in uğuru kimi dəyərləndirilə bilər.
Qeyd edək ki, 22-ci turun oyunlarına fevralın 27-də start veriləcək.
Misli Premyer Liqası
II dövrə, XXI tur
17:00. "Sabah" - "Kəpəz" 1:0
Qol: Kahim Parris, 87
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: Əli Əliyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Masazır. "Bank Respublika Arena".
"Sabah": 92. Stas Pokatilov (k) 10. Aleksey İsayev 5. Rəhman Daşdəmirov 9. Xəyal Əliyev 21. Velko Simiç 40. İqor Noqeyra 80. Akim Zedadka 70. Cesse Sekidika 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 19. Aron Maluda
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev94. Rəvan Mirzəmmədov17. Tellur Mütəllimov 2. Amin Seydiyev 6. Abdulax Xaybulaev 89. Cəfər Muxtarov 20. Coy Lens Mikels 11. Kahim Parris 7. Umarali Raxmonaliyev 83. Stefen Ende
Baş məşqçi: Valdas Dambrauskas
"Kəpəz": 33. Yusif İmanov7. Ehtiram Şahverdiyev 5. Rauf Hüseynli 88. Şakir Seyidov 9. Luis Paçu 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 12. Mahamadu Ba 14. Adama Fofana 4. Mate Abuladze 10. Ryonosuke Ohori
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 99. Əli Səmədov 77. Fərid Nəbiyev 17. Ümid Səmədov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 30. Ruslan Quliyev
Baş məşqçi: Azər Bağırov