Niderland Erediviziyasında 24-cü turun oyunları davam edir. Sport24.az xəbər verir ki, millimizin də şərəfini qoruyan Ozancan Kökçünün formasını geyindiyi "Volendam" səfərdə "NAK Breda" ilə qarşılaşıb.

 

Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Kökçü meydana start heyətində çıxıb və görüşün 56-cı dəqiqəsində əvəzlənib.

 

Qeyd edək ki, hazırda aktivində 24 xal olan "Volendam" turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.