"Mançester Yunayted" yeni "futbol ili"ndə biletlərin qiymətini artıracaq. Sport24.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

 

Bildirilir ki, mövsümü biletlərinin qiymətləri təxminən 5 faiz artacaq və hər oyun üçün orta hesabla 2,50 funt sterlinq olacaq. 16 yaşdan kiçik azarkeşlər üçün isə qiymət dəyişkənliyi olmayacaq.

 

Qeyd edək ki, "Mançester Yunayted" cari mövsümdə o qədər də uğurlu çıxış etmir. Komandanın aktivində hazırda 37 xalı var və Ruben Amorimin yetirmələri turnir cədvəlində 13-cü pilləsində qərarlaşıb.