"Mançester Siti" İngiltərə Liqa Kubokunun "Arsenal"la final matçına ciddi itkilərlə çıxacaq. Sport24.az xəbər verir ki, iki mərkəz müdafiəçisi vacib oyunda komandaya kömək edə bilməyəcək.

 

Bunlar Mark Qehi ilə Yoşko Qvardioldur.

 

Qehi "şəhərlilər"ə transfer olmadan öncə "Kristal Pelas"ın heyətində turnirdə iştirak edib. Reqlamentə görə ingiltərəli müdafiəçinin oynamaq hüququ yoxdur. Xorvatiyalı Yoşko Qvardiol isə zədəlidir.

 

Qeyd edək ki, "Arsenal" - "Mançester Siti" qarşılaşması 22 mart tarixində "Uembli" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.