"Borussiya" hazırda icarə əsasında "Aston Villa"da çıxış edən Ceydon Sançonu Dortmunda qaytarmağa maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "The times" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Bundesliqa klubu 25 yaşlı futbolçunu "Mançester Yunayted" ilə müqaviləsi bitdikdən sonra Almaniyaya qaytarmaq niyyətindədir.
Qeyd edək ki, Ceydon Sanço bu mövsüm icarədə olduğu "Aston Villa" klubunun heyətində 29 matçda 1 qol 1 məhsuldar ötürmə ilə yadda qalıb.