Türkiyə Super Liqasında 34-cü tura start verilib.

Sport24.az xəbər verir ki, ilk gündə 3 görüş baş tutub.

Azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi “Konyaspor” da növbət matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Alanyaspor”u 3 cavabsız qolla yenib. Mahir start heyətdə meydana çıxıb və 64-cü dəqiqədə əvəzlənib.

Türkiyə Super Liqası
34-cü tur

16 may

Alanyaspor – Konyaspor 0:3
Qol: Pozuelo, 15; 74. S.Dikmen, 54.