Zorvatiya çempionatında IV turun oyunları davam edir. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin fitbolçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" səfərdə "Rudes"in qonağı olub.

Qarşılaşma Zaqreb təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Mahir matça start heyətdə başlayıb və 73-cü dəqiqədə əvəzlənib. O, 38-ci dəqiqədə komandasının 2-ci qolunu vurub.

Xallarını 16-ya yüksəldən "Dinamo" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.