Madrid "Atletiko"sunun argentinalı yarımmüdafiəçisi Rodriqo De Paul "İnter Mayami"nin oyunçusu olacaq. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano social şəbəkə hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, tərəflər yaxın günlərdə sövdələşməni rəsmiləşdirəcəklər. Klublar transferin son detallarını həll edirlər.
Qeyd edək ki, De Paul Argentina millisində "İnter Mayami"nin hücumçusu Lionel Messi ilə komanda yoldaşıdır. Onlar birlikdə 2022-ci ildə dünya çempionu oldular. "Transfermarkt" De Paulun bazar dəyərini 25 milyon avro olaraq qiymətləndirir.