Hazırda Fransa təmsilçisi "Loryan"da çıxış edən Benjamin Mendi “Mançester Siti”yə qarşı iddia qaldırıb. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.
Fransalı futbolçu cinsi zorakılıq iddiaları səbəbindən futbol oynamasına qadağa qoyulduğu dövrdə - 2021-ci ilin sentyabrından 2023-cü ilin iyuluna qədər ödənilməmiş maaşına görə təzminat istəyir.
Bu ilin iyul ayında Benjamin barədə araşdırma başa çatıb və o, təqsirli bilinməyib. Bundan sonra o, azad agent kimi "Loryan"a keçib.
Qeyd edək ki, Mendi sonuncu dəfə 2021-ci il avqustun 15-də keçmiş klubu “Mançester Siti”nin “Tottenhem”ə uduzduğu (0:1) matçda meydana çıxıb.