"Çelsi" bu qış Rahim Sterlinqlə yolları ayırmaq istəyir. Sport24.az xəbər verir ki, bu barədə "Caught Offside" məlumat yayıb.
London klubu 31 yaşlı futbolçunun transferi üçün başqa seçim olmadığı təqdirdə onun müqaviləsini ləğv etməyə hazırdır.
Mənbənin sözlərinə görə, "Kristal Pelas" və "Lids" Sterlinqlə maraqlanır. Futbolçu özü də Avropada qalmaq istəyir və daim oyun təcrübəsi qazanacağı halda formasını bərpa edəcəyini düşünür.
Qeyd edək ki, Sterlinq bu mövsüm heç bir oyun keçirməyib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. "Transfermarkt" portalı cinah hücumçusunun bazar dəyirinin 5 milyon avro olduğunu bildirir.