"Real"ın baş məşqçisi Alvaro Arbeloa Çempionlar Liqasının qrup mərhələsinin son oyun günündə "Benfika"ya səfərdə 4:2 hesabı ilə məğlub olduqları oyunu və Portuqaliya klubunun qapıçısı Anatoli Trubinin vurduğu qolu şərh edib. Sport24.az xəbər verir ki, "Real"ın rəsmi saytına danışan ispan mütəxəssis görüş barədə fikirlərini söyləyib: 

 

"İlk dəfə deyil ki, hansısa qapıçı komandama qol vurur. Aydındır ki, onlar risk etməli idilər, iki oyunçu az idik, ilk səkkizliyə düşmək üçün də qol vurmaq lazım gəlirdi. "Benfika" da risk etdi, amma sonda qalib gəldilər".

 

"Real" Çempionlar Liqasının Liqa mərhələsini 9-cu pillədə başa vurub.